“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-in 178-ci maddəsi ilə axtarışda olan Nicat Cəfərov tutulub.
Axtarışda olan digər şəxs isə Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Bu, CM-in 126-cı maddəsi ilə axtarışda olan Zaur Nəsibovdur.