Bakıda axtarışda olan 8 nəfər tutulub - SİYAHI

Bakıda axtarışda olan 8 nəfər tutulub - SİYAHI Onlardan 5 nəfəri axtarışda borclu kimi olub
Hadisə
9 Dekabr , 2014 11:24
Bakıda axtarışda olan 8 nəfər tutulub - SİYAHI
Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda axtarışda olan 8 nəfər tutulub. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Onlardan 5 nəfəri axtarışda borclu kimi olub, digər 3 nəfər isə cinayət törətməkdə şübhəli bilinirlər.

Belə ki, Xəzər Rayon Polis İdarəsi (RPİ), Nərimanov RPİ, Xəzər RPİ, Qaradağ RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, borclu kimi axtarışda olanlar - Surxay Məmmədov, Qəmbər Heydərov, Gülxanım Fətullayeva, Hüseyn Şükürov, Əflatun Əhmədov tutulub.

BŞBPİ Cinayət Axtarış İdarəsi, Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi (PB), Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci və 313-cü maddələri ilə tərəfindən axtarışda olanlar, müvafiq olaraq, Şahin Əliyev, 178-ci maddəsi ilə axtarışda olan Samir Bağırov, 177 -ci maddəsi ilə axtarışda olan Elçin Ələsgərov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi