Yuxarı

Bakıda axtarışda olan qadın tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda axtarışda olan qadın tutulub. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Fərqanə Şükürova tutulub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi