Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb

Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb.
Hadisə
15 May , 2019 10:57
Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb

Bakıda axtarışda olan şəxsin evindən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi