Bakı. 10 mart. REPORT.AZ/ Nizami rayonunda keçən ilin sentyabr ayında gözəllik salonundan oğurluq edən qadın saxlanılıb.
"Report"un məlumatına görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1982-ci il təvəllüdlü Əliyeva Aynurə Ramiz qızı tutulub.
Qeyd edək ki, A. Əliyeva Keşlə qəsəbəsində yerləşən gözəllik salonunda işləyən İradə İsmayılovaya məxsus çantadan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb. Saxlanılan qadın barəsində oğurluq maddəsi ilə cinayət işi başlanılıb.

