Bakıda axtarışda olan iki şəxs saxlanılıb

Bakıda axtarışda olan iki şəxs saxlanılıb Bakıda axtarışda olan iki şəxs saxlanılıb.
Hadisə
7 Noyabr , 2019 11:18
Bakıda axtarışda olan iki şəxs saxlanılıb

Bakıda axtarışda olan iki şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu və Nərimanov rayon ərazilərində baş verib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü İ.Həsənov tutulub.

Bundan başqa, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü S.Kərimov müyəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi