Bakıda axtarışda olan cibgir tutuldu

Bakıda axtarışda olan cibgir tutuldu Bakıda cibgirlik hadisəsi baş verib.
Hadisə
14 Sentyabr , 2020 11:56
Bakıda axtarışda olan cibgir tutuldu

Bakıda cibgirlik hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan N.Musayev saxlanılıb. 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 9 nəfərin çantalarından və ciblərindən mobil telefonlar oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi