Yuxarı

Bakıda axtarışda olan 3 nəfər saxlanılıb

Saxlanılan şəxslər arasında qadın da var

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda axtarışda olan şəxslər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub.  Səbail Rayon Polis İdarəsi (RPİ) 8-ci Polis Bölməsi (PB), Nəsimi RPİ 19-cu PB, Xətai RPİ Cinayət Axtarış Şöbəsi 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayət məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, müvafiq olaraq, Sumqayıt şəhər sakini Nail Şirinov, borclu kimi axtarışda olan Vəfai Mustafayev, CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan Aytən Balayeva tutulub.

Saxlanılan şəxslər barəsində istintaq araşdırmaları aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi