Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda axtarışda olan 8 nəfər saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Binəqədi, Nərimanov Rayon Polis İdarələri, Qeydiyyat Şəxsiyyət Vəsiqəsi Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində borclu kimi axtarışda olanlar - 1987-ci il təvəllüdlü Elnur Hüseynov, 1963-cü il təvəllüdlü İradə Musayeva, 1984-cü il təvəllüdlü Zaur Atayev və 1979-cu il təvəllüdlü Natiq Məmmədov, 1963-cü il təvəllüdlü Eldəniz Məmmədov, 1976-cı il təvəllüdlü Anar Məmmədov, 1956-cı il təvəllüdlü Həmid Mehdiyev, 1988-ci il təvəllüdlü Aqil Məmmədov müəyyən olunaraq tutulublar.