Yuxarı

Bakıda avtoxuliqanlıq edən sürücü qəza törədib - FOTO

Hadisə Nizami rayonunda baş verib

Bakı. 9 May. REPORT.AZ/ Nizami rayonunda bir nəfərin ağır xəsarət almasına səbəb olan qəza baş verib.

"Report" xəbər verir ki, hadisə Heydər Əliyev prospektindən üzü metronun “Koroğlu” stansiyası istiqamətində gedən yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" markalı maşının sürücüsü idarəetməni itirərək avtomobili qarşıda hərəkət edən "Range Rover" markalı digər nəqliyyat vasitəsinə vurub. Bundan sonra "VAZ 2106" yoldan çıxıb və səkilərə dəyərək dayanıb.

Hadisə nəticəsində "VAZ 2106"-də olan bir nəfər sərnişin - 21 yaşlı Quliyev Ağakişi Şamil oğlu deformasiyaya uğrayan maşında köməksiz vəziyyətdə qalıb. Yaralı hadisə yerinə çağrılan xilasedicilər tərəfindən maşından çəxarılıb və ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Hadisədən sonra "VAZ 2106" markalı maşının sürücüsü qəza baş verən ünvandan yayınıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl 'VAZ 2106" markalı maşın digər eyni markalı avtomobillə birlikdə avtoxuliqanlıq edərək sürət yarışına çıxıb. Hadisənin də bu səbəbdən başverdiyi bildirilir.

Qəza ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi