​Bakıda avtoxuliqanlıq edən şəxsə inzibati həbs cəzası verilib

​Bakıda avtoxuliqanlıq edən şəxsə inzibati həbs cəzası verilib O, “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib
Hadisə
21 Aprel , 2015 13:04
​Bakıda avtoxuliqanlıq edən şəxsə inzibati həbs cəzası verilib

Bakı. 21 aprel. REPORT.AZ/ Bakıda daha bir avtoxuliqanlıq edən şəxs inzibati həbs cəzası verilib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Pirallahı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyoldaş Kamil oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib. Ə.Əliyev məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək 30 gün inzibati həbs verilib.

Son xəbərlər

Orphus sistemi