Bakı. 2 dekabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda avtomaşınlardan oğurluq edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ayrı-ayrı vətəndaşlara məxsus 15 avtomobili talamaqda, avtomobillərdən oğurluğa cəhddə, avtomobillərə maddi ziyan vuraraq əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamal Mirəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.