Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar Bakı. 20 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə
20 İyul , 2018 10:36
Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.

20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi