Bakı. 27 may. REPORT.AZ/ Bakıda 4 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakinləri Zaur Hüseynovun idarə etdiyi “Mercedes” və Zaur Abdulrəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə Z.Hüseynov və 1 sərnişini, habelə Z.Abdulrəhimovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsi (RPİ) faktla bağlı araşdırma aparır.