Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb Bakıda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
11 Oktyabr , 2021 12:10
Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini Əhliman Əsgərov vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi