Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü Bakıda yol qəzası baş verib.
Hadisə
1 İyul , 2020 09:06
Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü
Report

Bakıda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə iyunun 29-u saat 22 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1990-cı il təvəllüdlü Pərvin Sadıqov idarə etdiyi “Chevrolet” markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub. İyunun 30-da E.Əbilov rayon xəstəxanasında ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi