Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda ölüb Bakıda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
16 Dekabr , 2021 15:40
Bakıda avtomobilin vurduğu piyada xəstəxanaya aparılarkən yolda ölüb
0 : 00
0 : 00

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 15-də saat 15 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində A.Qurbanov idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən paytaxt sakini Vahid Ələkbərovu vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi