Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Hadisə
26 Yanvar , 2023 09:09
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 23-də Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb.

Belə ki, sürücü Cahangirov Abdulla Rafiq oğlu idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Xəlilov Ataman Şahverdi oğlunu vurub. Nəticədə piyada almış olduğu xəsarətlərdən bir gün sonra müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaqı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi