Bakıda avtomobilin vurduğu piyada ağır yaralandı

Bakıda avtomobilin vurduğu piyada ağır yaralandı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 İyun , 2021 02:27
Bakıda avtomobilin vurduğu piyada ağır yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Yolu keçən 1996-cı il təvəllüdlü Fətullayev Afiq Dilavər oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi