Bakıda avtomobili ilə birgə itkin düşən şəxs tapılıb

Bakıda avtomobili ilə birgə itkin düşən şəxs tapılıb Bu barədə BŞBPİ mətbuat xidməti məlumat yayıb
Hadisə
18 Noyabr , 2014 13:31
Bakıda avtomobili ilə birgə itkin düşən şəxs tapılıb
Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda itkin düşən 3 qadın və 2 kişi tapılaraq ailələrinə təhvil verilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 7-də saat 03 radələrində itkin düşən 1948-ci il təvəllüdlü Nəsirağa Tağıyev evə qayıdıb. Həmçinin, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 11-də günorta radələrində, öz avtomobili ilə itkin düşən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Emin Şamiyev idarə etdiyi avtomobillə evinə qaytarılıb.

Analoji əməliyyatları  Suraxanı,Yasamal və Sabunçu Rayon Polis İdarələrinin də əməkdaşları həyata keçirib. Müvafiq olaraq itkin düşən Xəyalə Əzizova, 1999-cu il təvəllüdlü Teybə Quliyeva  və 1997-ci il təvəllüdlü Nərmin İsmayılova evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi