Bakıda avtomobildən mobil telefon və sənəd oğurlanıb

Hadisə
  • 09 may, 2016
  • 08:23
Bakıda avtomobildən mobil telefon və sənəd oğurlanıb

Bakı. 9 may. REPORT.AZ/ Bakı şəhər sakininə məxsus “KİA” markalı avtomobildən mobil telefon və sənəd oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur İsmayılova məxsus “KİA” markalı avtomobildən mobil telefon və sənəd oğurlayan paytaxt sakini Ələsgər İbrahimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi