Yuxarı
    Bağlamaq

    ​Bakıda avtomobildə baş verən qətl hadisəsinin üstü açılıb

    Qatilin Biləsuvarda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib

    Bakı. 7 avqust. REPORT.AZ/ Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin mətbuat xidməti Bakıda avtomobildə baş verən qətl hadisəsi ilə bağlı birgə açıqlama yayıb. “Report”un xəbərinə görə, birgə məlumatda bildirilib ki, avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarəetdiyi “Nissan Sunny” markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib. Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib. Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

    Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi