Bakıda avtomobil yolu keçən piyadanı vurub

Bakıda avtomobil yolu keçən piyadanı vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Oktyabr , 2019 03:01
Bakıda avtomobil yolu keçən piyadanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

Avtomobil yolu keçən Verdiyev Seyidağa Elçin oğlunu vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması və üz sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi