Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
29 İyul , 2017 12:31
Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakıda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 28-də saat 01:00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi