Bakıda avtomobil şagirdi vuraraq öldürüb

Bakıda avtomobil şagirdi vuraraq öldürüb Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Yanvar , 2020 08:17
Bakıda avtomobil şagirdi vuraraq öldürüb

Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub. 

Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi