Bakıda avtomobil yaşayış binasının divarına çarpıldı, sürücü öldü

Bakıda avtomobil yaşayış binasının divarına çarpıldı, sürücü öldü Bakıda ölümlə nəticələnən yol qəzası olub
Hadisə
8 Fevral , 2021 13:16
Bakıda avtomobil yaşayış binasının divarına çarpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-də saat 21 radələrində Nəsimi rayonunun D.Əliyeva küçəsində Bakı şəhər sakini S.Səfərov idarə etdiyi “KİA” markalı avtomobili yaşayış binasının divarına vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi