Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Yanvar , 2016 09:37
Bakıda avtomobil yanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. “Report” FHN-in saytına istinadən xəbər verir ki, hadisə nəticəsində yaxınlıqdakı ikimərtəbəli evin çöl divarına quraşdırılmış 1 ədəd elektrik və 1 ədəd qaz sayğacı da yanaraq sıradan çıxıb. Yaşayış evi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi