Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda avtomobil təmiri sexi yanıb Bakıda avtomobil təmiri sexində yanğın hadisəsi olub.
Hadisə
28 May , 2021 09:12
Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda avtomobil təmiri sexində yanğın hadisəsi olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 90 m² olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi