Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda avtomobil təmiri sexində partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonunun A.Kunanbəyov küçəsində Bakı şəhər sakini Tahir Qocayevə məxsus avtomobil təmiri sexində təbii qazın sızmasından partlayış olub. Yanıq xəsarəti almış T.Qocayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.