Bakıda avtomobil qəzet əməkdaşını vurub

Bakıda avtomobil qəzet əməkdaşını vurub Onun vəziyyəti ağırdır
Hadisə
12 Dekabr , 2017 09:20
Bakıda avtomobil qəzet əməkdaşını vurub

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vurub.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Bayıl qəsəbəsində yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Məmmədov Sabit Məmməd oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, xəsarət alan piyada S.Məmmədov "Təzadlar" qəzetinin əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi