Yuxarı
    Bağlamaq

    Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs Bakıda avtomobil qəzasında yanaraq ölüb

    O, digər zərərçəkmiş Namiq Orucovun sürücüsü işləyib© Report.az

    Bakı. 17 aprel REPORT.AZ/ Bakıda dəhşətli qəzada yanaraq ölən 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biri olduğu məlum olub.

    "Report"un xəbərinə görə, istintaq matreallarında G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü vəzifəsində çalışdığı göstərilib.

    O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb. G.Quliyev aprelin 12-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə ifadə verib.

    F.Quliyev dindirilərkən istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib. Bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını bildirib.

    Qeyd edək ki, dəhşətli qəza aprelin 14-də saat 8:00 radələrində Suraxanı rayonu ərazisində - Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.

    Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi