Bakı-Şamaxı yolunda avtomobil qəzası: sürücülərdən biri ölüb

Bakı-Şamaxı yolunda avtomobil qəzası: sürücülərdən biri ölüb Əməliyyat saat 07:44-də başa çatıb.
Hadisə
19 Yanvar , 2015 09:10
Bakı-Şamaxı yolunda avtomobil qəzası: sürücülərdən biri ölüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Niva” markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 07:44-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi