Bakıda avtomobil qəzası nəticəsində Türkiyə vətəndaşı ölüb

Bakıda avtomobil qəzası nəticəsində Türkiyə vətəndaşı ölüb Baş Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
3 avqust 2016 07:28
Bakıda avtomobil qəzası nəticəsində Türkiyə vətəndaşı ölüb

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda avtomobil qəzası nəticəsində Türkiyə vətəndaşı ölüb.

"Report" Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə avqustun 2-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşı Aydın Celal Mustafa idarə etdiyi “Audi” markalı avtomobili qarşıda gedən Hacıqabul rayon sakini Ramil Dəmirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş Aydın Celal Mustafa orada ölüb.

Baş Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi