Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar Bakı. 8 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
8 Oktyabr , 2018 12:42
Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin “VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət daxil olub. 

Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanılıb.

Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami rayon Polis idarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi