Bakıda avtomobil qaçırılıb

Bakıda avtomobil qaçırılıb Bakıda avtomobil qaçırılıb.
Hadisə
23 Yanvar , 2020 12:19
Bakıda avtomobil qaçırılıb

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib.

Görülən tədbirlərlə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən S.Quliyevlə birgə İmişli Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi