Yuxarı
    Bağlamaq

    Bakıda avtomobil qaçıraraq qəza törədən şəxslər saxlanılıb

    Həmin şəxslər Salyan rayonunda həbs olunublar

    Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda avtomobil qaçıraraq qəza törədən şəxslər saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonunun H.Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Avtomobil qaçırılan gün saat 16 radələrində Salyan rayon ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib və avtomobili aşırıb. Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan Ərşad Səfərova və sərnişinləri - Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilib və onlar Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətiriliblər. H.Soltanovun halı sonradan pisləşdiyindən  o, yenidən xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi