Bakıda avtomobil qaçıranın cinayət işi məhkəməyə göndərilib

Bakıda avtomobil qaçıranın cinayət işi məhkəməyə göndərilib Suraxanı rayonunda avtomobil qaçırmaqda təqsirləndirilən Radim Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
28 İyun , 2019 09:40
Bakıda avtomobil qaçıranın cinayət işi məhkəməyə göndərilib

Suraxanı rayonunda avtomobil qaçırmaqda təqsirləndirilən Radim Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Ceyhun Qədimovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də Suraxanı rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ramil Süleymanovun “Mercedes” markalı avtomobilini qaçıran Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Radim Qasımov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 185.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi