Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil qaçıran şəxs tutuldu Bakıda avtomobil qaçırılıb.
Hadisə
22 İyun , 2020 13:37
Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 21-i saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Hüseynovun “Renault” markalı avtomobilinin qaçırılması barədə 10-cu Polis Bölməsinə məlumat daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini V.Hacıəliyev avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi