Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil qaçıran şəxs tutuldu Bakıda avtomobil qaçırılıb.
Hadisə
13 Fevral , 2020 12:49
Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə (PB) müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi