Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb

Hadisə
  • 13 dekabr, 2021
  • 08:32
Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinə dekabrın 12-də saat 1 radələrində Qaraçuxur qəsəbəsində yaşayan B.Mehdiyevə məxsus “AzSamand” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil dekabrın 12-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü M.Əlizadə və sərnişini Ş.Babayev saxlanılaraq Suraxanı RPİ-ə təhvil veriliblər.

Suraxanı RPİ-də araşdırma aparılır.