Bakıda avtomobil qaçıran gənc Şamaxıda tutuldu

Bakıda avtomobil qaçıran gənc Şamaxıda tutuldu Bakıda qadının avtomobili qaçırılıb.
Hadisə
14 Fevral , 2020 09:36
Bakıda avtomobil qaçıran gənc Şamaxıda tutuldu

Bakıda qadının avtomobili qaçırılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 12-də, gecə saatlarında, Biləcəri qəsəbəsi, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, naməlum şəxs S.Quliyevaya məxsus BMW markalı avtomobili qaçırıb.

Daha sonra S.Quliyeva hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) və Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü T.Abbasov fevralın 13-də avtomobillə birgə Şamaxı rayon ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi