Bakıda əvvəllər məhkum olunan şəxs avtomobil qaçırıb

Bakıda əvvəllər məhkum olunan şəxs avtomobil qaçırıb Avtomobil şüşəsi çıxarılmış, maqnitafonu, səsgücləndiriciləri, akkumulyatoru oğurlanmış vəziyyətdə tapılıb
Hadisə
12 Avqust , 2017 11:58
Bakıda əvvəllər məhkum olunan şəxs avtomobil qaçırıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda avtomobil qaçıran əvvəllər məhkum olunan şəxs tutulub.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 10-na keçən gecə Xətai rayonu G.Mehmandarov küçəsindən Bakı şəhər sakini Tural Abbasova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Avtomobil həmin gün rayon ərazisində şüşəsi çıxarılmış, maqnitafonu, səsgücləndiriciləri, akkumulyatoru, salon güzgüsü və arxa alın şüşəsi oğurlanmış vəziyyətdə tapılıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Faiq Alıyev tutulub.

Son xəbərlər

Orphus sistemi