Binə Atçılıq Mərkəzinin yaxınlığında avtomobil piyadanı vuraraq xəsarət yetirib

Hadisə
  • 23 avqust, 2019
  • 20:06
Binə Atçılıq Mərkəzinin yaxınlığında avtomobil piyadanı vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binə Atçılıq Mərkəzinin yaxınlıgında qeydə alınıb.

Belə ki, avtomobil 1964-cü il təvəllüdlü Muradov Namizəd Üzeyir oğlunu vurub. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

İlqar Abdullayev