Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb Bakıda yol qəzası baş verib.
Hadisə
25 Yanvar , 2021 12:09
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 23-də saat 15 radələrində Yasamal rayonunun Tbilisi prospektində Sumqayıt şəhər sakini A.Hacıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Qurbanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi