Yuxarı

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb1s

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vurub. Qəza nəticəsində dünyasını dəyişən şəxs piyadalar üçün qadağan olunmuş hissədən yolu keçməyə cəhd edib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Qəza nəticəsində yolda tıxac yaranıb.

Qeyd edək ki, fotonu sosial şəbəkədə jurnalist Pərviz Musayev paylaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi