Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb

Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
23 Oktyabr , 2019 13:14
Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu gün saat 1 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Y.Mürşüdov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Rüfan Bağırovu vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi