Bakıda avtomobil piyadaları vuraraq öldürüb

Bakıda avtomobil piyadaları vuraraq öldürüb Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
8 Avqust , 2022 12:36
Bakıda avtomobil piyadaları vuraraq öldürüb

Bakıda avtomobil piyadaları vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 6-da saat 17 radələrində Nərimanov rayonu Atatürk prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini A.Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa, avqustun 7-də saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində paytaxt sakini V.Əliyev idarə etdiyi “Audi” markalı avtomobillə Şəki rayon sakini Ceyhun İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi