Bakıda avtomobil piyadaları vurub, ölən var - FOTO

Bakıda avtomobil piyadaları vurub, ölən var - FOTO Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda yüksək sürətli yoldan keçən iki nəfəri avtomobil vurub.
Hadisə
128
17 Aprel , 2018 01:39
Bakıda avtomobil piyadaları vurub, ölən var - FOTO

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda yüksək sürətli yoldan keçən iki nəfəri avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Bakı-Qazax şosesinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil 1985-ci il təvəllüdlü Ağayev Kamil Ağamalı oğlu və 1988-ci il təvəllüdlü Vahabov Nicatı vurub. Sürücü hər iki yaralını xəstəxanaya yerləşdirib. Lakin həkimlərin səyinə baxmayaraq, K. Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi