Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirilib
Hadisə
29 May , 2018 05:51
Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakı. 29 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı bir nəfər ağır yaralanıb.

"Report" xəbər verir ki, Balaxanı qəsəbəsində yolu keçmək istəyən 50 yaşlı Yusifov Şaiq Yusif oğlunu minik avtomobili vurub. 

Hadisəni törədən sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi