Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanılıb

Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanılıb Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan şəxslər saxlanılıblar.
Hadisə
12 Avqust , 2021 14:30
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə saxlanılıb

Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev saxlanılıblar. Onlar ifadələrində “Toyota” markalı avtomobili qaçırandan sonra Ramiz Əliyevin həyətində ehtiyat hissələrini ayırdıqlarını qeyd ediblər. Həmin nəqliyyat vasitəsi polislər tərəfindən oradan aşkar edilərək maddi sübut kimi götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı fərdi yaşayış evlərindən qızıl-zinət və digər məişət əşyaları oğurlayan Şəhanə Nəbizadə saxlanılıb. Onun Hövsan və digər ərazilərdə evlərdən oğurluq etdiyi müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb.

Son xəbərlər

Orphus sistemi